Laçın rayonunda artıq 2 ildir ki, üçrəngli şanlı Bayrağımız dalğalanır - ÖZƏL

"Gözəl və zəngin təbiəti, qədim tarixi abidələri ilə məşhur olan şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın Qarabağ bölgəsinin əsas strateji coğrafi məkanı kimi həmişə düşmənin işğal planının diqqət mərkəzində olub". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili qeyd edib ki, Laçın rayonunda artıq 2 ildir ki, üçrəngli şanlı Bayrağımız dalğalanır: "Bir daha bütün Azərbaycan xalqını, xüsusi ilə də laçınlıları Laçın rayonun işğaldan azad olunmasının 2 ili münasibəti ilə ürəkdən təbrik edirəm! Yaşasın Ali Baş Komandan! Ərazi bütövlüyümüzü haqq mübarizəsi ilə qazanan müzəffər ordumuza eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31