"Fransa sülhün əldə edilməməsi istiqamətində bu addımları dəstəkləyir" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki:

"Fransa Milli Asambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi. N. Paşinyan bu kimi qətnamələrin qəbulunda maraqlıdır. Fransa hakimiyyəti regionda sülhün əldə edilməməsi istiqamətində bu addımları dəstəkləyir. Yerevanda sülh müqaviləsinin bağlanmasında qəti maraqlı deyil.

Ermənistan Fransanın dəstəyi ilə yeni münaqişə yaratmağa çalışır. Fransanın Cənubi Qafqazda siyasəti fiaskoya uğrayacaq. Azərbaycan ABŞ-la əlaqələri inkişaf etdirir. İngiltərə ilə bütün sferalarda əməkdaşlıq yüksək səviyyədədir. ABŞ Fransanın Ermənistanla bağlı siyasətini bloklaya bilər. Ona görə də Azərbaycanın ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirməsi mütləqdir.

Fransa ilə siyasi əlaqələr aşağı endirilməli, səfirin məsləhətləşmək üçün Bakıya çağırılması lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31