ABŞ-ın da İsraillə bu sferada əməkdaşlığı var - Emili de Labrüyer

Azərbaycan və ABŞ kibertəhlükəsizlik sahəsində həllərin hazırlanmasında əməkdaşlıq edə bilər.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü Bakıda brifinq zamanı "Horizon Advisory" müstəqil konsaltinq şirkətinin həmtəsisçisi Emili de Labrüyer deyib.

"Kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Məlum olduğu kimi, Azərbaycan və İsrail bu sahədə əməkdaşlıq edir. ABŞ-ın da İsraillə bu sferada əməkdaşlığı var. ABŞ öz qabaqcıl təcrübəsini bölüşə bilər", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31