Bu şəxslər Prezidentin fəxri diplomu ilə təltif edildilər
30 Noyabr 2022 16:50 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi münasibətilə qərara alınır:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin:
Əliyev Pənah Əli oğlu
İbrahimov Eldar Rza oğlu
Quliyev İsgəndər Həsən oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Nəsirov Məmməd Yahya oğlu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31