Deputatımız AŞPA-nın komitə iclasına qatılacaq
30 Noyabr 2022 15:37 SiyasətDekabrın 1-də və 2-də Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitələrinin iclasları keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, AŞPA-nın komitə iclaslarında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva iştirak edəcək. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AŞPA-nın dekabrın 2-də keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak edəcək.İclasda silahlı münaqişələrin ətraf mühitə təsiri, cəmiyyətin sağlamlığı ilə bağlı fövqəladə vəziyyətlər, təbii fəlakətlərin qarşısının alınmasında siyasi strategiyalar, uşaqların internetin zərərlitəsirlərindən müdafiəsi kimi mövzular müzakirə olunacaq.