Ermənistan Azərbaycana qarşı informasiya mübarizəsinin yeni mərhələsinə başlayıb - ÖZƏL

"Ermənistan Azərbaycana qarşı informasiya mübarizəsinin yeni mərhələsinə start verib". Bu barədə "OLAYLAR"-a açıqlama verən "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli deyib ki, işğalçı ölkə bütün gücünü regional və beynəlxalq aləmdə Azərbaycanı qaralamağa, ölkəmizi aşağılamağa yönəldib: "Xarici media qurumlarındakı erməni jurnalistlər və ermənipərəst qüvvələrin xətti ilə beynəlxalq miqyasda belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan müntəzəm olaraq sərhəddə atəşkəsi pozur, danışıqlar prosesindən yayınır. Halbuki situasiya tamamilə fərqlidir və əsas təxribatçı və aqressor məhz Ermənistandır".
İctimai Birlik sədri qeyd edib ki, indiki situasiyada Azərbaycan media nümayəndələrinin üzərinə ciddi iş düşür və hər kəs öz imkanlarından, xarici media qurumları ilə əlaqədarindən istifadə edərək erməni təxribat maşınına qarşı öz gücünü ortaya qoymalı, Ermənistanın Azərbaycana qarşı təxribatına mane olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31