"Heydər Əliyev İli" ilə əlaqədar Misirdə də tədbirlər keçiriləcək - ÖZƏL

2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan edilməsi respublikamızdan kənarda da müsbət qarşılanıb və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyəti və təşkilatları "Heydər Əliyev İli" ilə əlaqədar olaraq müxtəlif tədbirlər keçirməyi düşünürlər. Əksər ölkələrdə olduğu kimi, Misir Ərəb Respublikasında da "Heydər Əliyev İli" ilə bağlı müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumatı "OLAYLAR"  bu ölkədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov  verib. Bildirib ki, rəhbərlik etdiyi təşkilat Misirdə Azərbaycan dilini öyrənən xarici ölkə tələbələri arasında müsabiqə keçirəcək. Müsabiqə qalibi olan tələbələrin Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən mükafatlandırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31