Əli Əsədov və Rüstəm Minnixanov arasında görüş olub
29 Noyabr 2022 18:55 SiyasətAzərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.
Olaylar.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31