Zamanın tələbinə uyğun olaraq qanunda müəyyən dəyişikliklər olacaq - Deputat
29 Noyabr 2022 16:40 Siyasət"Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər oldu. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, ümumilikdə heç bir qanun mükəmməl deyil. "Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər olacaq. Qanunda müəyyən məhdudiyyətlər də var ki, onları qeyd etmək lazımdır. Qanunda qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Məsələn, bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var", - deyə Fazil Mustafa vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31