Azərbaycan prezidenti doğru qərar verdi - ÖZƏL

"Azərbaycan prezidentinin dekabrın 7-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Ermənistanın baş naziri ilə keçiriləcək görüşdən imtina etməsi doğru addımdır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, dövlət başçısının da qeyd etdiyi kimi Ermənistanın həmin görüşdə Fransa prezidenti Emmanuel Makronun da iştirakını tələb etməsi qəbuledilməzdir: "Birincisi, ona görə ki,  44 günlük Vətən müharibəsindən sonrakı dövrdən indiyə qədər keçirilən üçtərəfli görüşlər müəyyən mənada irəliyə doğru addım atılmasına vəsilə olub. İndiyə qədər keçirilən görüşlərdə bəzi məsələlərdə ümumi razılıq əldə edilib. Hazırkı situasiyada Fransanı prosesə cəlb etmək cəhdi danışıqlar prosesini pozmaq və indiyə qədər əldə olunan razılaşmaların üzərindən xətt çəkməkdən başqa bir şey deyil. Məhz Fransa prezidentinin zorla Praqa görüşündə iştirakından sonra Ermənistan tərəfi pozuculuqla məşğul olmağa başlayıb. Ona görə də heç bir halda Fransanı danışıqlar prosesinə yaxın buraxmaq olmaz".
Arzuman Muradlı deyib ki, Fransanın məqsədi sülh müqaviləsinin imzalanmasına töhfə vermək yox, onu əngəlləməkdir: "Əgər Fransa doğurdan da prosesə fayda vermək niyyətində olsaydı, keçmiş Minsk qrupunun üzvü kimi buna cəhd edərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31