Bu dəfə Azərbaycan heç kimin xahişini nəzərə almayacaq - ÖZƏL

"Əgər Azərbaycan yenidən məcburiyyət qarşısında Dəmir yumruğu işə salsa, bu dəfə onu heç bir qüvvə saxlaya bilməyəcək və rəsmi Bakı haqlı olaraq heç kimin xahişini nəzərə almayacaq". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun sərhəddə baş verən son erməni təxribatları ilə bağlı açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Qarabağda növbəti antiterror əməliyyatı qaçılmaz olub və Azərbaycan belə bir addım atmağa məcbur qalıb: Çünki hər gün baş verən erməni təxribatları, qeyri-qanuni erməni hərbi birləşmələrinin ciddi şəkildə silahlanması və revanşizmə hazırlaşdıqları aydın şəkildə görünür. Maraqlısı və təəssüf doğuranı odur ki, separatçıların silahlanaraq  yeni bir müharibəyə hazırlaşmasını istər Rusiya, istərsə də Avropa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə tərəflər arasında görüşlər keçirən Avropa İttifaqı, eyni zamanda Birləşmiş Ştatlar yalnız seyr etməklə kifayətlənir. Bu da Azərbaycanın yenidən Dəmir yumruğu işə salmasını qaçılmaz edəcək".
Analitik Qrup hesab edir ki, bu dəfə Azərbaycan antiterror əməliyyatına başlasa, əməliyyatları dayandırmaq üçün edilən xahişləri nəzərə almayacaq: Çünki baş verəcək hadisələrə görə, Ermənistan, separatçılar qədər də onları silahlandıranlar, eyni zamanda bu prosesə göz yuman Rusiya və Avropa İttifaqı məsuliyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31