Qarabağ zəfəri bizi çox sevindirdi - ÖZƏL
29 Noyabr 2022 15:53 SiyasətAzərbaycanın Qarabağda zəfər əldə edərək torpaqlarını işğaldan azad etməsi bizi çox sevindirdi. Bu fikirləri "OLAYLAR"-a səsləndirən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Ahmet Mumcu deyib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalması bizi də üzürdü: "Şükürlər olsun ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad etdi və hazırda həmin ərazilər inkişaf etdirilir, quruculuq-abadlıq işləri aparılır".
İşğaldan azad edilən ərazilərin böyük turizm potensialına malik olduğunu deyən Ahmet Mumcu onu da qeyd edib ki, bu imkan turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinə öz müsbət təsirini göstərə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31