Naxçıvanın statusunun ləğvi zərurətə çevrilib- ÖZƏL

"Naxçıvanda keçirilən islahatlar qanun pozuntuları ilə bağlı aparılan işlərin bir hissəsidir. Hazırki mənzərə belə görünür. Dövlət Təhlükəsizlik Xidməti tək Naxçıvanda deyil, digər bölgələrdə də qanun pozuntularına qarşı əməliyyatlar keçirir. Həmin islahatlar da əməliyyatların tərkib hissəsi idi. Xəbərlərdən gördüyümüz qədəri ilə Naxçıvanda da  yeyinti halları olub. Ancaq, bu əməliyyatların bu qədər genişmiqyaslı olmasının başqa səbəblərinin də olması ehtimalları haqqında danışılır. Naxçıvanın statusunun ləğv edilməsi və.s".

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:

"Mümkünsüzdür demək olmaz. Hadisələrin Naxçıvanın statusunun, idarə rejiminin  dəyişdirilməsi  üçün baş verdiyini indidən demək tezdir. Mümkün də ola bilər. Ona görə ki, bu qədər qanunsuzluq varsa, deməli, səbəb oradaki idarəetmə sistemdir. Yerli idarəetmə öz işini düzgün qursaydı, belə hallar olmazdı.

Statusun ləğv edilməsi məsələsi isə bir az daha fərqli yanaşma tələb edən mövzudur. Statusun ləğvi haqqında hansı qərarların verildiyini dəqiq bilmirik. Ancaq, statusun ləğvi zərurətə çevrilib. Azərbaycan tam unitar rejimə keçməlidir. Naxçıvanın "muxtar" statusunu saxlaması çox gərəkli deyil deyə düşünürəm. Naxçıvan da digər bölgələrimiz kimi birbaşa paytaxtı Bakı olan Azərbaycan Respublikasına tam şəkildə bağlı olmalıdır. Yerli idaretmə orqan nümayəndələri də Bakıdan təyin edilməlidir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31