Bu xeyirli iş  Azərbaycan cəmiyyəti üçün gözlənilən və arzu olunan bir nikahdı - ÖZƏL

"Bu günlərdə ölkəmizin həyatında çox əlamətdar bir xeyirli  iş olubdur. Xalqımızın və müasir müstəqil Dövlətimizin Qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin nəvəsi və onun adının daşıyıcısı, möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Kamandanımız cənab İlham Əliyevin və Birinci vitse Prezidentimiz möhtərəm Mehriban xanım Əliyevanın övladı, oğlu Heydər İlham oğlu Əliyevin xeyir işi olmuş və O, ailə qurmuşdur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə,  əslində  bu xeyirli iş  Azərbaycan cəmiyyəti üçün çox  gözlənilən və arzu olunan bir nikahdı : "Sözsüz ki, hər birimiz bu qiymətli gənc ailəyə məmnuniyyətlə ən xoş ürək sözlərimizi və dualarımızı bildiririk. İnşallah əminik ki, bu gözəl və gənc ailə mənsub olduğu Azərbaycan xalqının taleyində misilsiz xidmətləri olmuş ailəsinin dəsti xəttini davam etdirəcəkdir.  Allah bu dəyərli gənc ailəyə uzun ömür, xoşbəxt və bəxtiyar həyat nəsib etsin. Amin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31