Milli Məclisin komitəsi Rusiya parlamentinə müraciət edəcək
29 Noyabr 2022 12:38 SiyasətMilli Məclisin Regional məsələlər komitəsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə Azərbaycan toponimlərini dəyişdirməsinə görə bu ölkənin parlamentinə müraciət ünvanlayacaq. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, komitə sədri Siyavuş Novruzov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31