Gürcüstandakı milli məktəblərimizdə kadr çatışmazlığı var - Deputat
29 Noyabr 2022 12:20 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında Gürcüstandakı milli məktəblərimizlə bağlı məsələ qaldırılıb. "Olaylar" xəbər verir ki, bu barədə deputat Fazil Mustafa çıxış edib. Plenar iclasda söz alan deputat bildirib ki, milli məktəblərimizdə kadr çatışmazlığı var. Problemin həlli yolları var. Bunun üçün Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitet yaradıla bilər. Bu gün Gürcüstanda yaşayan soydaşlarımız arasında cəhalət artmaqdadır. Bunun qarşısını almalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31