Deputat Şəkinin problemini qaldırdı

Şəkidə 4 prospekt və 6 küçənin təcili təmirinə ehtiyac var. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Vüqar İsgəndərov deyib. Deputat əlavə edib ki, bunu rayon daxili imkanları hesabına edə bilməz: "Xahiş edirəm ki, bu məsələ dövlət proqramına salınsın. Mən bununla bağlı hökumətə də müraciət edəcəm". Deputat bildirib ki, onların araşdırmasına görə, yolların çəkilməsi ilə bağlı Şəkiyə ayrılan vəsait digər kiçik rayonlara belə ayrılan vəsaitdən azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31