Naziri tənqid edən deputata spiker irad bildirdi

Millət vəkili  Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Onun çıxışı birmənalı qarşılanmayıb. "Olaylar" xəbər verir Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda elm və təhsil naziri Emin Əmrullayevi tənqid edən deputata cavab verib. Belə ki, parlament sədri tənqidin yersiz olduğunu söyləyib. "Nəyə görə naziri sərt tənqid edirsiniz? Ötən gün plenar iclasda elm və təhsil naziri Emin Əmrullayev burada idi. Nazir mediaya açıq adamdır, hətta iclasda deputatlar da məsələlərlə bağlı ona yaxınlaşırdı. Nəyə görə siz ona yaxınlaşmadınız, hətta, deyirsiniz ki, məktub yazmayacam. Əgər məktub yazmasanız, necə cavab alacaqsınız? Hesab edirəm ki, burada naziri sərt tənqid etmək düzgün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31