Fransada yaşayan Təbriz əsilli azərbaycanlı tədqiqatçılar Şuşaya səfər ediblər - FOTO
29 Noyabr 2022 09:59 SiyasətTəbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçılar, İran azərbaycanlılarının insan hüquqları müdafiəçiləri Şuşa şəhərinə səfər ediblər.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarətləri ilə gəzintiyə start verilib.
Qonaqlar ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları və bərpa quruculuq işləri ilə yaxından tanış olacaqlar.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31