"Qars müqaviləsinin 100 illiyində Naxçıvanın muxtariyyət statusu ləğv edilə bilər" - ÖZƏL
28 Noyabr 2022 21:52 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki:
"Güney Azərbaycan bizim üçün strateji məsələ olmalıdır. Bundan sonra geriyə yol yoxdur. Güney Azərbaycan mühacir hökuməti yaradılmalıdır. Azərbaycanda konstitusiya ilə bağlı referendum keçirilərsə, Güney Azərbaycan ərazi olaraq konustitusiyamıza salınmalıdır. Prezident İlham Əliyev də qeyd etdi ki, güneyli soydaşlarımızı dəstəkləmək hər hansı bir ölkənin daxili işlərinə qarışmaq deyil. Azərbaycan 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsini tanımamalıdır.
Gələn il Qars müqaviləsinin 100 illiyində Naxçıvanın muxtariyyət statusu ləğv edilə bilər. Qars müqaviləsi bitirsə, Türkmənçay müqaviləsini çoxdan tanımamalıyıq."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31