"Bu, çıxış Cənubi Azərbaycanla bağlı atılan ən böyük siyasi addım kimi dəyərləndirilməlidir" - ÖZƏL

"ADA-da keçirilən konfransda İlham Əliyevin çıxışı sensassion  çıxış idi. Prezident çox açıq kartlarla danışdı. Bunlar dövlət başçısının özünə, orduya, xalqına inamı ilə bağlıdır. İlham Əliyev son iki ildir kifayət qədər güclü çıxışlar edir. Bu dəfəki çıxışında isə bütün maneələri yıxdı. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında da İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri gündəmə gətirmişdi. Bu təsadüfi deyil. İran özünü İslam dövləti hesab edir. Necə müsəlman dövlətirdir ki, ermənilərə hüquqlar verilib, ərəb dilinin öyrənilməsi qadağan edilib?"

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib:

"Hesablamalara əsasən, İranda 14-15 milyon fars var. Ancaq sayı şişirdərək 45 milyon olduqlarını iddia edirlər. İranın Azərbaycanın əleyhinə apardığı təbliğatlara İlham Əliyev cavab verdi. 
İran konsitusiyasına görə hər xalqın öz dilində təhsil almaq hüququ olsa da, bu, yalnız ermənilər üçün keçərlidir. Farslar isə mütləq hakimdir. 

Fransa İranın əli ilə müsəlmanlara qarşı soyqrım siyasəti həyata keçirir. İranın məhv etdiyi ancaq müsəlman ölkələrdir. Suriyə İranın ucbatından dağıldı. İranın düşməni isə Türkiyə və Azərbaycandır.  Bir dəfə olsun Azərbaycan prezidenti ifadəsini işlətmirlər. Hər zaman Bakının prezidenti ifadəsi işlədilir. Biz də Rəisiyə Tehranın prezidenti deməliyik. Onlar bizi bir dövlət kimi qəbul etmirsə , biz niyə onlara Persia demirik? 
Sonradan İran olmaqla deyil. Cənab prezidentin ADA-da çıxışı çox yüksək qiymətləndirilir. Artıq Azərbaycan prezidenti bütün azərbaycanlıların prezidenti oldu. Onun üçün Təbriz, Ərdəbil, Zəncan heç bir fərqi yoxdur... Bu çıxış Cənubi Azərbaycanla bağlı atılan ən böyük siyasi addım kimi dəyərləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31