Deputatımız Brüsselə səfər edəcək
28 Noyabr 2022 18:48 SiyasətMilli Məclisin deputatı Vüqar Bayramov noyabrın 29-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edəcək.
Olaylar xəbər verir ki, Səfər zamanı millət vəkili Avropa Vençur Xeyriyyəçilik Assosiasiyası tərəfindən keçirilən "Təsir həftəsi" çərçivəsində bir sıra tədbirlərə qatılacaq. Tədbirlərdə dayanıqlı strategiyaların dəstəklənməsi, sosial ideyaların maliyyələşdirilməsi proqramlarının və bütövlükdə Avropada sosial təminatın gücləndirilməsi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 3-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31