Deputatlar Böyük Britaniya nümayəndələri ilə enerji təhlükəsizliyindən danışıblar
28 Noyabr 2022 16:22 SiyasətBöyuk Britaniya Xarici Işlər Nazirliyinin nümayəndələri Milli Məclisdə olublar. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib: "Milli Məclisdə hörmətli həmkarım Soltan Məmmədovla birlikdə Böyuk Britaniya Xarici Işlər Nazirliyinin baş iqtisadçi müavini Tom Strachan və Böyuk Britaniya səfirinin iqtisadi, enerji və iqlim məsələləri üzrə muşaviri Nigar Cəfərova ilə görüşdük. Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin regiona və eləcə də Azərbaycan iqtisadiyyatına təsirləri, bölgədəki yeni düzən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, iqtisadi diversifikasiya ilə bağlı həyata keçirilən proqramlar, fiskal siyasət və digər məsələlər ilə bağlı faydalı fikir mübadiləsi apardıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31