“Heydər Əliyev təqaüdü” təsis edilir
28 Noyabr 2022 14:21 Siyasət"Heydər Əliyev təqaüdü" təsis ediləcək. "Olaylar"xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əksini tapıb. Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may-iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün "Heydər Əliyev təqaüdü" təsis edilməsini təmin etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31