Türkiyə danışıqlar prosesinə qatıla bilər? - ÖZƏL

Ermənistanla  Azərbaycan arasında sülh danışıqları prosesində yeni format ətrafında düşünmək vaxtı çatıb. Prezident İlham Əliyev də "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda Bakıda keçirilən konfransda bildirib ki, keçmiş  Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Maraqlıdır, bu format hansı tərkibdə ola bilər, danışıqlar prosesində hansı dövlət vasitəçi missiyasını icra edə bilər. "Olaylar"ın məlumatına görə, politoloq Əlimusa İbrahimov bildirib ki, Azərbaycan Prezidenti qeyd olunan müsahibə zamanı Makronun danışıqlarda iştirakını şərt kimi irəli sürən Paşinyanın bu demarşını layiqincə qiymətləndirdi və Fransanın bundan sonra vasitəçi sifətini itirdiyini bildirdi. Fransa ATƏT-in keçmiş Minsk Qrupu kimi artıq laxlamağa başlayıb. Böyük ehtimalla onun da vasitəçiliyini elə  üzvü olduğu təşkilatın - ATƏT-in keçmiş Minsk Qrupunun taleyi gözləyir: "Bununla yanaşı Azərbaycan Prezidenti görüşlərin digər platformalarda davam etdiriləcəyini istisna etməliyib. Bəlkə Makronla yanaşı Türkiyə Respublikası Prezident Rəcəb Təyyib Ərdoğanın da danışıqlar prosesinə qatılmasının zamanı gəlib? Düşünürəm ki, bundan sonra Azərbaycan məhz bu format üzərində fəaliyyətini davam etdirməlidir. Bu format həm də Qərb dairələrinin qəbul edəcəyi bir format olacaq, çünki, Rusiya prosesdən kənarlaşdırmaq üçün imkan yaranıb Amerika və Avropanın da istədiyi elə budur. Bəlkə elə məqsədyönlü şəkildə Makron ortalığa atılır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31