Azərbaycanda yeni medal təsis ediləcək
28 Noyabr 2022 13:30 SiyasətAzərbaycanda "Heydər Əliyev - 100" yubiley medalı təsis ediləcək. "Olaylar" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda qeyd olunub. Medal 2023-cü ilin yanvar-may aylarında təsis olunacaq.
Qeyd edək ki, bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31