Radikal müxalifətin Makron sevgisi - ÖZƏL

Azərbaycanın radikal siyasi düşərgəsi yenə öz ampluasındadır. Belə ki, Azərbaycan rəhbərinin ölkənin milli maraqları naminə atmış olduğu hər bir addıma kölgə salmağa çalışan radikal siyasi düşərgə indi də prezident İlham Əliyevin Fransa prezidenti səbəbindən Brüssel danışıqlarından imtina etməsini doğru olmayan addım kimi dəyərləndirir. Sosial şəbəkədə radikalların paylaşdığı statuslarda dövlət başçısının bu haqlı qərarı absurd olaraq qorxaqlıq kimi qələmə verilir.

Məsələ ilə bağlı fikirlərini bildirən "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayilbəyli deyib ki, radikal siyasi düşərgənin bu yanaşması Makrona sevgidən irəli gəlir: "Ümumiyyətlə, Azərbaycana qarşı kim düşmən mövqedən çıxış edib bizə qarşı qərəzli mövqe nümayiş etdirirsə, həmin şəxs radikal siyasi düşərgənin qəhrəmanına çevrilir. İndi də radikal düşərgə üçün Makron qəhrəmana çevrilib. Bu faktın özü də bir daha onu deməyə əsas verir ki, radikal siyasi düşərgə üçün milli və dövlətçilik maraqları deyilən bir şey yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31