Danışıqlar dalana dirəndi - ÖZƏL

 

 

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi dalana dirənib. Hər halda Brüssel formatında keçirilən görüşdən Ermənistanın sülh prosesini pozmağa yönəlmiş tələbi qarşlığında Azərbaycan tərəfinin haqlı olaraq imtina etməsi belə deməyə əsas verir. Məlumat verildiyi kimi, Ermənistan dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirakını tələb edib. Buna qarşılıq olaraq isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüssel formatında keçirilən görüşdə Makronun iştirakına etiraz edərək görüşdə iştirak etməyəcəyini bildirib." Bu  fikirləri  siyasi  şərhçi   Süleyman  İsmayılbəyli  bildirib:

"Əslində, Azərbaycan tərəfi mövqeyində tamamilə haqlıdır. Belə ki, 44 günlük Vətən müharibəsi başa çatandan bu günə qədər keçirilən bütün görüşlər üçtərəfli formatda olub və istər Brüssel, istərsə də Moskva, yaxud Soçidə keçirilən liderlərin görüşündə dördüncü bir tərəf iştirak etməyib. İndiki halda Fransanın danışıqlar prosesinə cəlb edilməsi Brüssel müzakirələrində Ermənistanın maraqlarına xidmət etmiş olar.

İndiki halda ortada olan real vəziyyət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə aparılan danışıqlar prosesi dalana dirənib

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi dalana dirənib. Hər halda Brüssel formatında keçirilən görüşdən Ermənistanın sülh prosesini pozmağa yönəlmiş tələbi qarşlığında Azərbaycan tərəfinin haqlı olaraq imtina etməsi belə deməyə əsas verir. Məlumat verildiyi kimi, Ermənistan dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirakını tələb edib. Buna qarşılıq olaraq isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüssel formatında keçirilən görüşdə Makronun iştirakına etiraz edərək görüşdə iştirak etməyəcəyini bildirib.

Əslində, Azərbaycan tərəfi mövqeyində tamamilə haqlıdır. Belə ki, 44 günlük Vətən müharibəsi başa çatandan bu günə qədər keçirilən bütün görüşlər üçtərəfli formatda olub və istər Brüssel, istərsə də Moskva, yaxud Soçidə keçirilən liderlərin görüşündə dördüncü bir tərəf iştirak etməyib. İndiki halda Fransanın danışıqlar prosesinə cəlb edilməsi Brüssel müzakirələrində Ermənistanın maraqlarına xidmət etmiş olar.

İndiki halda ortada olan real vəziyyət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə aparılan danışıqlar prosesi dalana dirənib."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31