Danışıqlar formatında Rusiyanın əli gücləndi - ÖZƏL

Azərbaycan və Ermənistan liderlərinin dekabrın 7-də Brüsseldə baş tutacaq görüşünün alınmaması danışıqlar prosesində Rusiyanın əlinin güclənməsinə səbəb olacaq. Belə bir açıqlama ilə "Xəbər Mərkəzi" Analitik Qrupu çıxış edib. Mərkəzdən "OLAYLAR" a daxil olan açıqlamada bildirilib ki, əslində Ermənistanın baş nazirinin Brüssel görüşündə Fransa prezidentinin də iştirakını tələb etməsi və bu tələbi Azərbaycan Prezidentinin rədd edərək Brüssel görüşünə getməyəcəyini bildirməsi öz-özlüyündə Rusiyanın maraqlarına xidmət edir: "Bəlkə də Rusiya prezidenti Vladimir Putin Ermənistanda səfərdə olarkən Nikol Paşinyana belə bir təlimat verib ki, Brüssel formatında baş tutan danışıqlar pozulsun. Çünki Birləşmiş Ştatlar da məhz Rusiyanın təşəbbüsü ilə deyil, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən görüşləri dəstəkləyir. Ona görə də bu formatda baş tutan görüşlər Rusiyanın maraqlarına ziddir. Ona görə də Kreml ilk gündən Brüssel formatında keçirilən görüşlərə qarşı çıxırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31