Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat etdi
28 Noyabr 2022 10:51 SiyasətAzərbaycan Ordusunun hərbçisi vəfat edib.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlunun ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31