Terror aktları Türkiyəyə necə təsir edir?- ÖZƏL

"Son beş ildə Türkiyədə bu cür terror aktı həyata keçirilməyib.Terrorun həyata keçirilməsinin əsas səbəbi son illər Türkiyənin beynəlxalq arenada artan imkanları, qlobal və regional məsələlərdə proseslərin inkişafına Türkiyənin təsirləridir. Türkiyənin güclənməsini istəməyən beynəlxaql güclər və dövlətlər var. Onlar, güclənmənin qarşısını almaq üçün terrora əl atırlar.  İstanbulda törədilən terror aktı da Suriyadan gələn PKKlı qadına aid idi. Suriyada PKKnın arxasında "duran", silah-sursat, maliyyə cəhətdən təmin edən, təlim keçən dövlət hər kəsə məlumdur. Türkiyənin Aralıq dənizi, Ege, yaxın-orta Şərq, Güney Qafqaz, Şimali Afrikada artan rolu müəyyən dairələrdə qıcığa səbəb olur. Buna qarşı cavabları terror aktı olur. Mən hesab edirəm ki, Türkiyə kimi dövlətə bu cür təsir uğursuz cəhddir. Çünki, Türkiyə dərhal terrorçunu saxlamaqla, arxasıdakı gücü ortaya çıxarmaqla gücünü göstərdi". Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31