İran Qərbin hörmətini qazanmağa çalışır?- ÖZƏL

İran-Azərbaycan münasibətləri hər zaman soyuq və süni olub. Nə vaxtsa gərginləşəcəyi aydın idi. İran heç zaman Ermənistanla olduğu kimi Azərbaycana səmimi qonşu olmayacaq. Çünki özlərinin də dəfələrlə açıqladığı kimi Azərbaycanı İrandan ayrılan əyalət, xalqımızı isə separatçı iranlı kimi görürlər. Bu sözləri Olaylar.az-a politoloq Orxan Vəliyev deyib.

"İranın Ermənistanla dost münasibəti qurmasının səbəbkarı tək Azərbaycan deyil. Fransa kimi müttəfiqlərinin də sifarişidir. İran Ermənistan vasitəsi ilə xristian dünyasına fərqli İslam ölkəsi olduğunu çatdırmağa çalışır. İran ətrafındakı bütün müsəlman qonşularına daşlar atmaqla Qərbin hörmətini qazanmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31