Avroparlamentarilər Azərbaycanda
8 İyul 2013 14:55 SiyasətAvronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlir. "OLAYLAR"-a verilən məlumata görə, iyulun 9-dək davam edəcək səfər zamanı Avropa Parlamentinin deputatları Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcəklər. Nümayəndə heyətinin üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri də gözlənilir. Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı cənab Alain Desteks müşayət edir.