Əksər hallarda ilk “atəş Müsavat” tərəfindən açılır
8 İyul 2013 14:49 Siyasət"Mənim müşahidələrimə görə əksər hallarda ilk "atəş" Müsavat Partiyasının tərəfdarları tərəfindən açılır". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu AXCP və Müsavat Partiyası arasında yaranmış növbəti gərginliyə münasibət bildirərkən səsləndirib. AMİP rəsmisi deyib ki, "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxanın öz facebook səhifəsində paylaşdığı status müxalifət daxilində yaradılan növbəti təxribat idi: "Belə təxribat xarakterli mövzuların seçki öncəsi şiddətlənəcəyini də istisna etmirəm. Hesab edirəm ki, təcili surətdə hər iki partiyanın liderləri prosesə müdaxilə etməli və bu cür xoşagəlməz münasibətlərin ən əzi seçkiyədək dayandırılmasına nail olmalıdırlar. Əks halda bu heç də həmin partiyalara seçki prosesində uğur gətirməyəcək".