Millət vəkillərimiz beynəlxalq tədbirə qatılacaqlar
8 İyul 2013 14:57 SiyasətMilli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı və Jalə Əliyeva QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında iştirak etmək üçün iyulun 8-dən 20-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaqlar. MM-dən "Olaylar"a verilən məlumata görə, toplantıda "Turizm iqtisadi inkişafın mühüm amili kimi: QDİƏT regionunda əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq. Assambleyanın sessiyası çərçivəsində qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə, Hüquqi və siyasi işlər üzrə, Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00