“Müəyyən qüvvələr Bəradeyinin baş nazir olmasına çalışırlar” - AÇIQLAMA

Qabil Hüseynli: “Müvəqqəti hökumət yeni baş nazir axtarışındadır”

Misirin müvəqqəti prezidenti Ədli Mənsur baş nazir postuna təyin edilməsi üçün Məhəmməd əl-Bəradeyi ilə görüşüb. Lakin hələlik Bəradeyinin baş nazir vəzifəsinə təyin məsələsinin təxirə salındığı bilidirilir. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, müəyyən qüvvələrin cəhdlərinə baxmayaraq Bəradeyi baş nazir təyin olunmadı, prezident tərəfindən ləğv olundu: "Bəradeyidən sonra həmin posta namizəd olan Sosial Demokrat Partiyasını da rədd etdilər. Artıq müvəqqəti hökumət yeni baş nazir axtarışındadır. Lakin bütün bunlara baxmayaraq müəyyən qüvvələr var ki, Bəradeyinin baş nazir postuna təyin olunmasını təkidlə istəyirlər. O, yenidən siyasətə qayıtmaq üçün partiya yaradır. Yəqin ki, ölkədə keçiriləcək parlament seçkilərində Bəradeyi qabaqcıl yerlərindən birini tutacaq. Məsələ ondadır ki, o, arxasında partiya siyasi gücü olmadığına görə Bəradeyiyə parlament təminatı lazım idi. Lakin parlamentdən təminat ala bilmədiyi üçün partiyalardan birinin lehinə öz namizədliyini geriyə çəkdi". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00