Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndə heyəti Azərbaycana gələcək

 Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) nümayəndə heyəti iyulun 11-də Bakıya gələcək.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Səfər müddətində Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Həmçinin, birgə layihələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Türkiyə nümayəndə heyətinin Azərbaycanın hərbi müəssisələrində istehsal prosesi ilə tanış olacağı da gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00