Moldovanın ombudsmanı Gürcüstan və Rumıniya səfirliklərinin köməkliyi ilə Ermənistanı tərk edib - YENİLƏNİB

Ermənistan parlamentində Xocalı soyqırımını ermənilərin törətməsi barədə çıxışından sonra ermənilərin təhdidlərinə məruz qalan Moldovanın ombudsmanı Aureliya Qriqoriu artıq İrəvanı tərk edib.

Bu barədə APA-ya ombudsmanın ailəsinin şəxsi vəkili Dorian Pıkeleu məlumat verib.

Vəkilin sözlərinə görə, Ermənistan paytaxtında otellərin birində gizlənən ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün Moldova tərəfi diplomatik qaydada Rumıniya və Gürcüstanın Ermənistandakı səfirliklərinə müraciət edib. Bu ölkələrin səfirliklərinin təmsilçilərinin köməkliyi ilə A.Qriqoriu İrəvan hava limanına aparılıb və o, artıq Ermənistanı tərk edib: "Bu işdə ona yardım edən Gürcüstan və Rumıniya səfirliklərinin nümayəndələrinin diplomatik toxunulmazlıq statusu var, ombudsmanın təhlükəsizliyi tam təmin olunub. Lakin onun hansı istiqamətdə aparıldığı açıqlanmır. Məndə olan məlumata görə, A.Qriqoriu artıq Ermənistanı sağ-salamat tərk edib".

Xatırladaq ki, Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə günahlandırıb. Xanım ombudsmanın çıxışından sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər olub. Ötən gecə Moldovaya qayıtmaq istəyərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər.

---------
13:24

Moldova Xarici İşlər Nazirliyi Ermənistana nota verməyə hazırlaşır, ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün İrəvandakı diplomatik missiyalara müraciət olunub.

"Moldova ombudsmanı Auriliya Qriqoriu Ermənistan parlamentində çıxışından sonra İrəvanda təhdidlərə məruz qalıb, iş o yerə çatıb ki, o oteli tərk etməyə belə qorxur". Bu açıqlamanı APA-ya Moldovanın ombudsmanı Aureliya Qriqoriunun həyat yoldaşı Dmitri Qriqoriu verib.

Onun sözlərinə görə, xanımı parlamentdə çıxış etdikdən sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər yağdırılır: "Aureliya bu gecə təyyarə ilə Moldovaya qayıtmalı idi. Lakin Moldova ombudsmanını nümayəndə heyətini aeroporta aparan avtomobilə mindirməyiblər. Bu xidməti göstərməkdən imtina ediblər. Digər nümayəndə heyətləri gedib, o isə oteldə qalıb. Dünən gecə ombudsmana qarantiya verilmişdi ki, o, aeroporta aparılacaq və təhlükəsizliyi təmin olunacaq. Lakin gecə maşına götürməyiblər və o, oteldə qalıb. Onun oteldə qeydiyyat müddəti saat yarım sonra başa çatır". 

Ombudsmanın həyat yoldaşı bildirib ki, hazırda Moldova Xarici İşlər Nazirliyi Ermənistana nota verməyə hazırlaşır, baş verənlərlə bağlı müxtəlif ölkələrin İrəvandakı səfirlikləri məlumatlandırılıb: "Biz onun müdafiə olunması üçün hansısa addımlar atmağa çalışırıq".

Ailənin vəkili APA-ya bildirib ki, İrəvanda Moldova səfirliyi yoxdur, Aureliya Qriqoriu isə eyni zamanda Rumıniya vətəndaşıdır. Bu səbəbdən ailə ombudsmanın təhlükəsizliyinin təmin olunması xahişi ilə Rumıniyanın İrəvandakı səfirliyinə müraciət edib. Hələlik səfirlikdən bu müraciətə cavab verilməyib.

Xatırladaq ki, Molodova ombudsmanı Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqrımı törətməkdə günahlandırıb.

X X X

Ermənistan parlamentində çıxışından sonra moldovalı ombudsman Aureliya Qriqoriunu Ermənistandan buraxmırlar və ölümlə təhdid edərək təcrid vəziyyətində saxlayırlar. Bu barədə şənbə günü Trend-ə Qriqoriu ilə əlaqə saxlayan yaxın dostu Todur Zanet bildirib.

Qeyd edək ki, bu yaxınlarda Qriqoriu Ermənistan parlamentində bəyan etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır.

Zanetin sözlərinə görə, nümayəndə heyəti gecə saat 03:00-da Yerevanı tərk edərkən Qriqoriuya avtomobilə minməyə icazə verilməyib.

Zanet bildirib: "Təəssüf ki, nümayəndə heyətimiz Qriqoriunu tək buraxaraq Moldovaya yola düşüb".

Hazırda Qriqoriu mehmanxanada qapalı vəziyyətdədir. İntiqam hissi ilə alışıb-yanan ermənilər daim onun olduğu nömrəyə soxulmağa çalışırlar.

Zanetin sözlərinə görə, bununla belə, yerli vaxtla saat 12:00-da mehmanxana nömrəsinin ödəniş müddəti başa çatır və bundan sonra ombudsmanı nə gözləyəcəyi aydın deyil.

O deyib: "Ermənistan hökuməti Qriqoriunu azad etmək əvəzinə, ondan rəsmi üzr istəməsini tələb edir. Biz rəsmi diplomatik missiyalarla əlaqə saxlaya bilmirik, lakin vaxt bizim əleyhimizə işləyir. Onu təcili olaraq mehmanxanadan çıxararaq diplomatik missiyanın mühafizəsinə vermək lazımdır".

Onun sözlərinə görə, Moldova Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası bu məsələ ilə məşğul olur.

Xatırladaq ki, moldovalı ombudsman cümə axşamı Ermənistan parlamentində məruzə edərək bildirmişdi ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib.

--------
10:44

Hədələmənin səbəbi Ermənistan parlamentində Qriqoriu məruzə vaxtı bildirib ki, Xocalıda soyqırım ermənilər tərəfindən törədilib və bu beynəlxalq-tanınmış faktdır. Bu barədə Trend-ə məlumatlandırılmış mənbədən bildirilib.

Həmçinin Ermənistan hakimiyyəti onu ölkədən buraxmamaqla hədələyib.

Qeyd edək ki, Moldovanın ombudsmanının ünvanına bu cür təhdidlər dövlət səviyyəsində terror və söz azadlığının tapdalandırılması kimi qiymətləndirmək olar.

Moldovanın parlament vəkili (ombudsman) bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00