Millət vəkili Qənirə Paşayevanın facebook-da şəxsi profilində yazdığı yazı
6 İyul 2013 17:03 SiyasətƏziz dostlar!
Dünyanın hər yerində yaşayan ədalətli insanlar Moldovanın parlament vəkili Aureliya Moldovanın parlament vəkili Aureliya Qriqoriunun Ermənistanda qarşılaşdığı təzyiq və təhdidləri pisləməlidir! Moldovalı ombudsmanın Ermənistan parlamentindəki çıxışına görə ölümlə hədələnməsi, təhlükəsizliyinə təminat verilməməsi beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər,insani dəyərlərə sığışmayan davranışlardır və Ermənistan siyasətinin iç üzünü bir daha ortaya çıxarır.
Dünyanın hər yerində yaşayan ədalətli insanlar Moldova ombudsmanı Auriliya Qriqoriuya ədalətli və casarətli çıxışına görə təşəkkürünü göndərməli və ona tək olmadığını hiss etdirmək üçün ona sosial şəbəkələrdə böyük dəstək göstərməklə bərabər, BMT, beynəlxalq təşkilatlar, beynəlxalq insan haqları təşkilatlarına ona qarşı Ermənistan tərəfindən təzyiq və təhdidləri kəskin pisləməyə çağırmalı və onun təhlükəsizliyinin təmin olunması istiqamətində səslərini ucaltmağa səsləməlidir. Ermənistan dövləti ilə bərabər, ermənilər və onlara yaxın güclər sosial şəbəkələrdə ona qarşı ciddi kompaniyaya başlayıblar. Bütün ədalət tərəfdarı olan insanlar buna seyrici qalmamalı, həmin səhifələrdə öz etirazlarını bildirməklə bərabər ona dəstək kompaniyasında olmağı özünə borc bilməlidir. Moldova ombudsmanı Auriliya Qriqoriuya bu cəsarətli və ədalətli çıxışı ilə tək qalmadığını, əslində onminlərlə insanın onu bu ədalətli, gerçək bir ombudsmana yaraşan addımlarına görə təbrik və təşəkkür etdiyini görməlidir. Çünki Ermənistanda beynəlxalq bir tədbirdə Ermənistanın işğalçılıq siyasətindən və onların Xocalıda törətdiyi soyqırımdan danışmaq böyük bir cəsarət istəyir. İndi onun həyatı ailəsinin informasiya mınbələrinə verdiyi məlumata görə böyük təhdid altındadır. Ermənistan dövləti özünün çirkin siyasət maşınını ona qarşı işə salıb. Bütün ədalət tərəfdarı olan insanlar beynəlxalq təşkilatlara Moldova ombudsmanı Auriliya Qriqoriuya qarşı Ermənistanın təqyiz və təhdidlərini pisləmə çağıran müraciətlər göndərməlidir. Ədalət tərəfindən olan belə insanlar təzyiq və təhdidlər qarşısında yalnız qalarsa bu cür insanların sayı artmayacaq. Əziz dostlar! Moldova ombudsmanı Auriliya Qriqoriuya dəstək göstərmək hər bir ədalət tərəfdarının borcudur. Müxtəlif xarici dillərdə bu məsələ ilə bağlı sosial şəbəkələrdə də aktiv olun və ermənilərin bu cəsarətli xanıma qarşı yalan, böhtan kompaniyasının genişlənməsinə imkan verməyin!Dünyanın hər yerində yaşayan ədalətli insanlar beynəlxalq təşkilatları Aureliya Qriqoriunun təhlükəsiz şəkildə Ermənistandan çıxarılması üçün hərəkətə keçməyə çağırmalıdır.