Həsən Ruhani İlham Əliyevin məktubuna cavab verdi

İran və Azərbaycan arasındakı münasibətlər dostluq və qarşılıqlı etimad üzərində qurulub. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin ona ünvanladığı təbrik məktubuna cavabında deyib.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyun ayının 16-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlamışdı.H.Ruhani cavab məktubunda bildirib ki, İran və Azərbaycan arasındakı yaxşı münasibətlər dostluq və qarşılıqlı etimad üzərində qurulub: "Biz dost və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi, xüsusilə də Tehran-Bakı münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsini alqışlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00