“ATƏT-də Azərbaycanın səsi daha çox eşidiləcək”

"Millət vəkili Azay Quliyevin ATƏT-in parlament Assambleyasının büro üzvü, siyası və təhlükəsizlik məsələləri üzrə komitə sədrinin müavini seçilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov səsləndirib. Bildirib ki, belə mötəbər beynəlxalq təşkilatda Azərbaycan millət vəkilinin təmsil olunması ölkəmiz üçün olduqca zəruri və vacibdir: "Uzun illərdir ki, o, muxtəlif beynəlxalq strukturlarda vətəndaş cəmiyyətini millət vəkili olaraq, layiqincə təmsil edir.Məhs bu fəaliyyəti və Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, millət vəkili Azay Quliyev ATƏT-in mötəbər rəhbər strukturlarına seçilib.
Düşünürəm ki, millət vəkili Azay Quliyevin ictimai və siyası təcrübəsi imkan verəcəkdir ki, ATƏT kimi nüfuzlu bir beynəlxalq qurumda ölkəmizin haq səsi dünya ictimaiyyətinə layiqincə çatdırılsın". Rufiz Qonaqov hesab edir ki, ATƏT-də Azərbaycanın səsi bundan sonra daha çox eşidiləcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00