Kazanda Azərbaycan bayrağı qaldırıldı
4 İyul 2013 18:26 SiyasətTatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək Dünya Universiadası çərçivəsində iyulun 4-də Universiada kəndində Azərbaycan Respublikasının bayrağı qaldırılıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, FİSU, "Gənclik" Tələbə İdman Cəmiyyəti və Tatarıstanın dövlət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Kazanda keçiriləcək Dünya Universiadasına iyulun 6-da start veriləcək. Azərbaycan Universiadada böyük tərkibdə təmsil olunacaq. İdmançılarımızın bəziləri artıq Kazana çatıblar. Digər qruplar isə qarşıdakı günlərdə yola düşəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00