İctimai qurumların siyasi mübarizə aparması qeyri-qanunidir

"Dünya təcrübəsində ictimai qurumlar siyasi mübarizə aparmırlar, siyasi mübarizəni partiyalar aparırlar". Bunu deyən millət vəkili Hadı Rəcəblinin sözlərinə görə, bizdə də həm siyasi partiyalar, həm qeyri-hökumət təşkilatları haqqında qanunlar var. O qanunlarda da iştimai təşkilatların yeri və rolu tamam fərqlidir. Buna görə də siyasi mübarizədə belə qurumların yeri görünmür:
"Azərbaycanın gələcəyini, perspektivliyini, uğurlarını istəməyənlər bu müxalifəti dəstəkləyir. Ona görə də birinci olaraq xalqımız bunu bilməlidir ki, əgər o qurumları, həmin o müxalifəti həmin dairələr dəstəkləyirsə, deməli, onlar Azərbaycanın müstəqilliyini, uğurunu istəmirlər. Eyni zamanda, biz məsələni belə qoymalıyıq ki, Azərbaycanda sabitlik ölkəmizin gələcəyidir və belə olan halda, Azərbaycanda sabitliyin qoruması üçün bütün işlər görülməlidir. Bizim siyasi "mübarizə" aparan müxalifətimiz ancaq hakimiyyət uğrunda mübarizə aparır.
Onlar nəyin bahasına olur-olsun hakimiyyətə gəlmək istəyirlər. Onlar xalq haqqında düşünmürlər. Onların siyasi mübarizəsində özləri var, xalq yoxdur. Ona görə  belə siyasiləri xalq dəstəkləmir".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00