Müsavat seçkiyə öz namizədilə gedə bilər
4 İyul 2013 18:24 Siyasət"Müxalifətdən kimin namizəd olmasının heç bir prinsipial əhəmiyyəti yoxdur. Yəni, qarşıdan gələn prezident seçkisinin demokratikliyi, seçkinin taleyi, onun nəticəsi üçün heç bir prinsipial əhəmiyyəti yoxdur ki, müzalifət seçkiyə kiminlə gedir". Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, Müsavatın seçki ənənəsi nəzərə alınarsa, o zaman görmək olar ki, həmin partiya 1993-cü ildən bu yana seçkiyə həmişə öz namizədi ilə gedib, yaxud ümumiyyətlə, seçkidə iştirak etməyib, heç bir blokda heç kimin yedəyində getməyib: "Bunu hər halda bunların yaxın tarixləri göstərir. Amma o da mümkündür ki, bunlar müəyyən kombinasiyalar qursunlar. Hələlik Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüblər, sonra başqa - ola bilər tamam kənar bir namizəd ortaya çıxsın və hətta, ola bilər ki, yenə də Müsavat öz namizədi ilə getsin. Amma bunlar mahiyyətcə heç nəyi dəyişmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00