İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür etdi

"Azərbaycan dövlətinə Mikayıl Kazıminin həbsdən azad olunmasına görə təşəkkür edirik". İranın Bakıdakı səfirinin müşaviri Seyid Əli Musəvi "Media forum"a belə deyib. Müşavirin fikrincə, Mikayıl Kazıminin həbsdən buraxılması Bakının xoş niyyətinin və Tehranla əlaqələrin genişləndirilməsi istiqamətində siyasi iradəsinin göstəricisidir.

Mikayıl Kazımi 2012-ci ilin sonlarında həbs olunmuşdu. Səbəb onun Azərbaycana keçərkən xidməti silahının xəzinəsini unudaraq özündə saxlaması idi. Ona 3 il 6 ay həbs cəzası kəsilmişdi.

Mikayıl Kazıminin apellyasiya şikayətinə iyulun 24-də baxılıb, o, azadlığa buraxılıb, amma qərarın detalları bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00