Hakim partiya rəhbərliyi cənub zonasında görüşlər keçirir

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov cənub zonasına səfər edib. "OLAYLAR"-ın partiyanın saytına istinadən verdiyi xəbərə görə, səfər zamanı hakim partiya rəsmisi Astara və Lerik rayonlarında olub, adıçəkilən rayonların YAP fəalları ilə görüşüb. Görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran əsas vəzifələr müzakirə edilib. YAP-ın sədr müavini Əli Əhmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən və son on ildə qazanılan uğurlardan danışıb. Bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlu tədbirlər nəticəsində əhalinin həyat şəraiti ilbəil yaxşılaşır. Əli Əhmədov bütün bunların Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Əli Əhmədov çıxışı zamanı gənclərə öz tövsiyyətlərini də verib. Bildirib ki, fəal gənclərin, qadınların potensialından, ziyalı insanların və ictimaiyyət arasında böyük nüfuza malik ağsaqqalların qüvvəsindən maksimum istifadə olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00