Hər seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır
4 İyul 2013 13:17 Siyasət"Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar: "Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında partiya üzvləri xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin, qadınların və ziyalıların gücündən səmərəli istifadə olunmalıdır. YAP üzvləri seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər". Əli Əhmədov bildirib ki, 10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır.