“İsa Qəmbər müxalifətin vahid namizədi olacaq”
Qabil Hüseynli: “Müsavat Partiyası müəyyən arqumentlərə əsaslanaraq başqanın namizədliyini qüvvədə saxlayır”
3 İyul 2013 15:54 SiyasətMüsavat partiyası başqan İsa Qəmbərin namizədliyini geri götürməyib, qərarın qüvvədə qaldığını elan edib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının öz namizədinin üstündə qalması müəyyən addımlara hesablanmış hərəkətdir: "İsa Qəmbər namizədliyini geri götürməməklə müəyyən siyasi dvidentlər əldə etməyə çalışır. Ortada olan müəyyən problemlərə görə müxalifətin vahid namizəd məsələsi pozula bilər. Sırf bu nəticəni nəzərə alan İsa Qəmbər öz namizədliyinin üzərində dayanır və müxalifətin vahid namizədi olmağa çalışır. Müsavat Partiyası da müəyyən arqumentlərə əsaslanaraq İsa Qəmbərin namizədliyini qüvvədə saxlayır. Bəzi problemlər öz həllini tapdıqdan sonra İsa Qəmbər müxalifətin vahid namizədi kimi seçkilərdə iştirak edəcək". ("OLAYLAR" İA)