Tomas de Vaal: “Ermənilər Azərbaycan haqqında məlumatları oxuyanda ümidsizliyə və qorxuya düşürlər”
3 İyul 2013 15:52 Siyasət"Karnegi" fondu - "Rusiya və Avrasiya" proqramının amerikalı eksperti Tomas de Vaal keçirdiyi mətbuat konfransında Ermənistan və Azərbaycanın gəncliyi haqqında fikirlərini bildirib. "PanArmenian" qəzetinin məlumatına görə de Vaal ermənilərin azərbaycanlılardan qorxduqlarını deyib. "Ermənilər mətbuatda və bütün mediada Azərbaycan haqqında məlumatları oxuyanda ümidsizlik və qorxuya düşürlər. Azərbaycan gəncliyi düşmənlərinə qarşı olduqca aqressivdir. Lakin buna baxmayaraq Azərbaycan cəmiyyəti Ermənistanla növbəti müharibəni istəmir. Azərbaycanda insanlar münaqişənin sülh yolu ilə həll olunmasının tərəfindədirlər" - deyə Tomas de Vaal qeyd edib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00