Sərdar Cəlaloğlu erməni mətbuatının əsas “qəhrəmanı” seçilib
3 İyul 2013 14:42 SiyasətYazıçı Əkrəm Əylislidən sonra ADP sədri Sərdar Cəlaloğlu növbəti dəfə Ermənistan mətbuatının manşetində əsas söz mövzusu olub. Erməni jurnalistlər azərbaycanlı sədrin açıqlamalarından ağızdolusu danışıblar. Ermənistan mediasında Sərdar Cəlaloğlunun Azərbaycan mətbuatına verdiyi fikirlərə istinad edərək "Azərbaycan ədəbiyyatının qəhrəmanları ermənilərdir" başlıqlı məlumatlar yer alıb. Erməni mətbuatı Sərdar Cəlaloğlunun fikirlərini təsdiq edərək yazır: "Koroğlu Təbrizyan adlı erməni müəllifinin yaratdığı obrazdır. Azərbaycan ədəbiyyatında 4 qadın obrazı var: Əsli, Şirin, Nigar və Həcər. Əsli ermənidir, Həcər kürddür, Nigarın milliyyəti bilinmir, Şirin isə farsdır. Bu qadınlar azərbaycanlı ola bilməz. Babəkin 3 qadını olub. Bunlardan biri ermənidir. Babək həyatının son günlərində xəlifə tərəfindən əfv olunmayacağını bilərək erməni qadını ilə birlikdə erməni dostu Sumbatın yanında yaşayıb. Maraqlıdır ki, Babək bununla necə olur ki, Azərbaycanın qəhrəmanlıq simvolu olub?" Sərdar Cəlaloğlu və Əkrəm Əylisli kimi adamlar zaman-zaman "düşmən dəyirmanına su tökərək" Azərbaycan tarixinə ləkə gətirirlər. Onların fikirləri Azərbaycan ədəbiyyatı və tarixinə ləkə yaxmaqdan başqa heç nəyə xidmət etmir. ("OLAYLAR" İA).